Mehr və müştəri (Ассар Тебризи)

Mehr və müştəri
серьезное чтение/cтихи, поэзия/стихи и поэзия

Аудиокнига онлайн

Слушать

Аннотация

Mehr və Müştəri – 1376-cı ildə Əssar Təbrizi tərəfindən fars dilində məsnəvi janrında formasında yazılmış romantik poemadır. Əssar Təbrizi “Mehr və Müştəri” poemasının mövzusunu “Mehru-mah” adlı xalq dastanından almışdır. Prof. M. H. Təhmasibin fikrincə, Mehr, Avestada adı tez-tez çəkilən “Mitra”dır. O, yazır: “Əslində, səhər günəşinin önüncə gəlib, axşam günəşini yola salan və ancaq o batdıqdan sonra çəkilən işığın antropomorfizmindən ibarət olub, gənc, gözəl və qüvvətli bir oğlan cildində təsvir edilən Mitr-Mehr uzun əsrlər boyu qələbə tanrısı, əhdi-peyman keşikçisi hesab edilmişdir.»» Mitr-Mehr obrazının bu əsatiri xüsusiyyətlərini Əssar Təbrizi də əks etdirmişdir. Q.Cahani yazır ki, “Mehr əsatiri baxımdan günəşlə eyniyyət təşkil etdiyi üçün məhəbbət simvoluna çevrilmişdir.”

Еще аудиокниги